Bakı şəhərində dekabrın 5-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin müvafiq strukturlarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.
TDT-yə üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.
Nəzarətsiz ərazilərdə çimmək, xəbərdarlıqlara məhəl qoymamaq və uşaqları nəzarətsiz buraxmaq həyati risk yaradır
Azərbaycanın inklüziv və ədalətli sosial təminat təcrübəsi BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldü