Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətləri sularda baş verən hadisələrə operativ reaksiya vermək üçün müasir texniki vasitələr və peşəkar hazırlıqlı şəxsi heyətlə fəaliyyət göstərir.
Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, xilasedicilərin istifadəsində olan əsas texniki vasitələr sırasında xilasetmə katerləri, sürətli qayıqlar, dalğıc avadanlıqları, xilasedici vasitələr, rabitə sistemləri və ilkin yardım ləvazimatları yer alır.
Akşin Əlili qeyd edib ki, hadisə barədə məlumat daxil olduqda xidmətdə fəaliyyət göstərən dalğıc-axtarış qrupları dərhal hadisə yerinə cəlb edilir. Çimərlik ərazisində xidmət aparan xilasedicilər isə hadisə baş verdiyi zaman operativ reaksiya verərək zərərçəkənlərin sudan çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin edirlər.
FHN rəsmisi vurğulayıb ki, boğulma təhlükəsi ilə üzləşən şəxsə ilkin yardım göstərilir, zərurət yarandıqda isə digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, bu sistem insan həyatının xilas olunmasında mühüm rol oynayır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Taxıl ixracındakı problemlər səbəbindən Ukraynanı maliyyə böhranı təhlükəsi gözləyir
ABŞ-nin Qrendlandiyadakı yeni hərbi bazaları 2030-cu ilə qədər qismən fəaliyyətə başlayacaq
Hörmüz boğazı artıq bir neçə aydır İranın nəzarəti altındadır - İranlı general
Fon der Lyayenin partiyası Qəzza sektoruna 15 milyard avro ayrılmasına qarşı çıxıb