26 noyabr 2025 20:05
107

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.