Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin praqmatik siyasəti, sistemli və ardıcıl yanaşmanı təmin edən məqsədyönlü, konkret nəticəyə hesablanmış qərarları, sosial-iqtisadi və hüquqi islahatları nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha səmərəli təşkili məqsədilə qəbul edilmiş Dövlət Proqramı Samux rayonunda da müvəffəqiyyətlə həyata keçirililir. Belə ki, bu mühüm dövlət sənədindən irəli gələn tədbirlərin icrasını təmin etmək məqsədilə İcra Hakimiyyətində Tədbirlər Planı hazırlanmış, “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Məhvetmə Komissiyası”ı yeni tərkibdə yenidən yaradılmışdır. Tədbirlər Planına müvafiq olaraq Dövlət Proqramdan irəli gələn tələblərin icrası istiqamətində müvafiq tədbirlərin görülməsi təmin edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün İcra Hakimiyyətində etimad telefonu yaradılmışdır.
Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorlarinin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı rayonun ümumtəhsil məktəblərində Samux rayon komissiyasinin təşkilatçılığı ilə mütəmadi olaraq tədbirlər və rəsm sərgiləri keçirilir. Samux rayonunda da narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə ciddi şəkildə davam etdirilir. Rayon ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Dövlət Proqramına uyğun aparılır. Bu proqramın yerinə yetirilməsi ilə əlaqədar Samux rayonunda çox geniş tədbirlər həyata keçirilir.
Tədbirlərə qonaq qismində digər dövləq orqanlarının əməkdaşları da, həmçinin QHT-lər, ağaqqallar və digər nüfuzlu şəxslər dəvət olunurlar.
Tədbirlər zamanı narkomaniyanın insan orqanizminə, insanın ailədə və cəmiyyətdə olan mövqeyinə təsirləri barədə söhbətlər aparılır, polis və təhsil işçilərinin əməkdaşlarının çıxışları təşkil edilir, şagirdləri maraqlandıran suallara cavab verilir. Keçirilən tədbirlərin, aparılan maarifləndirici təbliğatların nəticəsidir ki, rayonda narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.
İl ərzində rayonun hüquq-mühafizə orqanları tərəfindən tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla hər il qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir.
Hesab edirik ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.
Bu səbəbdən də hər bir dövlət orqanı və qurumu, həmçinin müvafiq təşkilatlar, hər bir vətəndaş tərəfindən üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii hər birimizin sağlam və xoşbəxt cəmiyyətdə yaşamağımız üçün öz təsirini göstərəcəkdir.
Kəmalə Xəlilova,
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil