Goranboy şəhər Cəfər Cabbarlı küçəsində beşmərətəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb.
“İki sahil” xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə evin sakinləri əşyalarını çıxara bilməyib.
Axşam saatlarında blokun çökməsi nəticəsində yaşadıqları mənzilləri dağılan həmin sakinlərin əşyaları da yararsız hala düşüb.
Qeyd edək ki, yaşayış binasında dağıntı qeydə alınıb. Belə ki, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.
Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxılıblar