İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan şəhərində regiondan olan vətəndaşlarla görüşüb.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, görüşə gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.
Məzahir Əfəndiyev Ağdaşda məktəbləri ziyarət edib, təhsil işçiləri, ziyalılarla görüşlər keçirib
Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib
Ölkəmizin uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var