27 noyabr 2025 08:15
93

Keçmiş məcburi köçkün: Şəhid qardaşımın ruhu şad oldu

Bir şəhid bacısı kimi həm sevinirəm, həm də kədərlənirəm. Mənim qardaşım torpaq uğrunda canını fəda edib. Kaş qardaşım da o torpaqda mənim kimi yaşayardı. Sevinci bizimlə bölüşərdi. Sevinirəm ki, onun ruhu bu gün şad oldu.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Rəsmiyyə Kəlbəliyeva deyib.

O, həmçinin Prezident İlham Əliyevə belə bir şərait yaratdığına görə təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.