İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan müəssisələr üçün “Təcrübə mübadiləsi sessiyası” keçirilib.
“İki sahil” xəbər verir ki, 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Sənaye 4.0 Hazırlıq” Proqramının sənaye müəssisələrinin texnoloji transformasiysının sürətləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir və transformasiya üzrə yol xəritəsi təqdim olunur.
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə yerli müəssisələrin əməliyyat səmərəliliyini artırmağı və rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.
Tədbir beynəlxalq ekspertlərin təqdimatları ilə davam edib. Sənaye 4.0-da süni intellekt və maşın öyrənməsi tətbiqləri, dəyişikliklərin idarə olunması və proqnozlaşdırıcı texniki xidmət kimi mövzular üzrə praktiki nümunələr təqdim olunub. Ekspertlər rəqəmsal transformasiyanın yalnız texnoloji deyil, həm də insan amili baxımından kompleks yanaşma tələb etdiyini vurğulayıblar. Real sənaye nümunələri əsasında müxtəlif həll modellərinin üstünlükləri müqayisə olunub.
Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada proqrama qoşulan müəssisələrin transformasiya üzrə məsul şəxsləri və mütəxəssislər iştirak edib.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb