Hər zaman yeniliklərə imza atan, fərqli layihələrdə uğurlu çıxışı ilə seçilən Xalq artisti Tünzalə Ağayeva yenə də sevənlərini təəccübləndirib.
“İki sahil”in məlumatına görə, pop ulduz bu dəfə podiumda boy göstərib. Sənətçi məşhur dizayner Lali Rüstəmovanın sonuncu kolleksiyasının dəfiləsində model qismində iştirak edib.
Qırmızılara bürünən şou-biznesin əfsanəsi obrazı ilə göz oxşayıb.
Zərif moda və incəsənətin qovuşduğu sehrli səhnə - Tünzalə Ağayevadan yeni fotosessiya
Polşa səfiri: Mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir