Şəmkir rayonunun ərazisi yeni ağaclarla yaşıllaşdırılır.
Rayon icra hakimiyyətindən “İki sahil”ə verilən məlumata görə, bu ilin ötən dövründə rayonda yaşıllıqların artırılması, ətraf mühitin mühafizəsi və karbon emissiyalarının azaldılması yolu ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün 3000-ə yaxın yeni ağac tingi əkilib. Rayondakı küçələrin, magistral yolların kənarları, parklar və digər ərazilər əsasən çinar, şam, palıd və digər növdə torpaq-iqlim şəraitinə uyğun ağaclarla və dekorativ gül kolları ilə yaşıllaşdırılıb. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir.
İlin sonunadək yeni ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi davam etdiriləcək.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb