"Azersky-2" yerin müşahidəsi peyki proqramının icrası cədvəl üzrə davam edir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib.
"Bizim mütəxəssislər "Azersky-2 A" peykinin Azərbaycanda hazırlanmasında birbaşa iştirak edirlər, gələcəkdə həmin bilik və təcrübə əsasında onlar artıq növbəti peyklərimizi Azərbaycanda yığmağa hazır olacaqlar. Layihənin icrası üzrə dəqiq tarixlər bəlli olduqda bu barədə məlumat ictimaiyyətə çatdırılacaq",- deyə o qeyd edib.
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib
BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycanda son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib
Süni intellekt və rəqəmsal texnologiyalar gələcək əmək bazarını formalaşdıran əsas amillərdən biridir - MÜSAHİBƏ