Masallı şəhər Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayonu üzrə Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə Pərvanə Ziyadovanın şəhid Sübhan Həsənova həsr etdiyi “Dan yerinin sübhü” adlı kitabın təqdimat olub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kitabın müəllifinə şəhid adının uca tutduğu üçün təşəkkürünü bildirərək Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan qeyrətli Vətən övladların qəhrəmanlığından danışıb.
Sonra Pərvanə Ziyadova şəhid Sübhan Həsənova həsr olunmuş kitab barədə ətraflı məlumat verib. Şəhid Sübhan Həsənovun anası Ülkər Həsənova, şəhid atası Teymur Hüseynov, şəhid Sübhan Həsənovun döyüş yoldaşı Ceyhun Şiriyev və iş adamı Abdulla Abdullayev öz çıxışlarında şəhidlə bağlı xatirələrini bölüşmüşlər. Şəhidin bacısı Tunarın təqdimatında isə şəhidlərə həsr olunmuş şerlər səslənib.
Məlumat üçün bildirək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, “Dan yerinin sübhü” kitabının müəllifi Pərvanə Ziyadova, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü