ABŞ Maliyyə Nazirliyi bu bazar ertəsi İranla biznes əlaqələrini saxlayan təşkilatlara və ölkələrə qarşı tətbiq edilə biləcək sanksiyaların əhatə dairəsinin genişləndirildiyini elan edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton administrasiyası Tehrana iqtisadi təzyiqi artırır və münaqişəyə son qoymaq cəhdi ilə digər ölkələri İranla biznes əlaqələrini kəsməyə məcbur edir. Bazar ertəsi günü keçiriləcək mətbuat konfransında ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı məhdudiyyətlər barədə daha ətraflı məlumat verəcək. "Reuters" agentliyinin həmsöhbətinin sözlərinə görə, idarə rəhbəri ölkələrə ABŞ-nin tərəfini tutmalı olduqlarını, əks halda onların əsas şirkətlərinin və təşkilatlarının təcrid olunma riski ilə üzləşəcəklərini açıq şəkildə bildirəcək.
ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində Tehranı növbəti dəfə tənqid edib. "İran tam süqutun astanasındadır", — deyə o yazıb.
Avqustun 24-də Bessent "X" sosial şəbəkəsində ABŞ-nin İrana qarşı "maliyyə hücumuna" keçməyi planlaşdırdığını qeyd edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir