12 dekabr 2025 14:45
103

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq

Azərbaycanda 13-20 dekabr tarixlərində Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyinin məlumatında deyilir.

"Mədəniyyət günləri çərçivəsində 13-20 dekabr tarixlərində Bakıda və Füzulidə incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının, həmçinin "Yeni Özbəkistan" adlı fotosərginin təşkil olunması planlaşdırılır", - məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.