13 dekabr 2025 11:43
78

Allahşükür Paşazadə forumda çıxış edəcək

Dekabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

“İki sahil” xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən  bildirilib ki, səfərdə məqsəd Krallığın paytaxtı Ər-Riyad şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak etməkdir. Dekabrın 14-də keçiriləcək BMT Sivilizasiyalar Alyansının XI Forumu “Çoxqütblü dünyada bəşəriyyət naminə dialoqda qarşılıqlı hörmət və anlaşmanın yeni erası” mövzusuna həsr olunub.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə mötəbər forumda iştirak edən şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.