Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 139,3 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. “İki sahil” xəbər verir ki, onlardan 52 min şəxs münasib işlərlə təmin olunub, 254 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 5,6 min nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 81,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq