15 dekabr 2025 16:50
79

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb.

“İki sahil” xəbər verir ki,  Komitədən bildirilib ki, DGK sədri görüşdən öncə Zaqatala şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.