16 dekabr 2025 12:18
121

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Yuriyeviç Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 16-da Fəxri xiyabanı ziyarət edib.

“İki sahil” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər qoyulub.