Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Görüşdə Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev və Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əsəd Məmmədov iştirak ediblər.
SOCAR-ın təşkilatçılığı və “Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon 2025” tədbiri keçirilib
SOCAR və "MOL Group" Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb
SOCAR-ın prezidenti "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru ilə görüşüb - FOTO