19 dekabr 2025 09:03
264

Gələcəyə hesablanmış uğurlu dövlət siyasəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illərdə bütün sahələr üzrə davamlı və sistemli inkişaf yolunu seçmişdir. Bu inkişafın nəticəsi olaraq, Azərbaycan yalnız regional deyil, eyni zamanda beynəlxalq miqyasda da önəmli rol oynayan dövlətə çevrilmişdir.

Ölkənin sosial-iqtisadi yüksəlişi beş əsas istiqamətdə özünü göstərir: 

1. Qalib dövlət – 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu tarixi Zəfər Prezident İlham Əliyevin güclü siyasi iradəsinin, güclü ordu quruculuğunun və xalq-iqtidar birliyinin nəticəsi idi. 

2. Beynəlxalq nüfuz – Azərbaycanın beynəlxalq arenada nüfuzu artmış, ölkəmiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirmişdir. 

3. Təhsilli cəmiyyət – Təhsil islahatları və informasiya texnologiyalarının tətbiqi nəticəsində yeni biliklərə açıq, müasir düşüncəli gənclik formalaşır. 

4. Böyük iqtisadi potensial – Neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı iqtisadi sabitliyi gücləndirmişdir.

5. Yüksələn rifah – Əhalinin sosial müdafiəsi gücləndirilmiş, sosial proqramlar genişlənmiş, yaşayış səviyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan artıq innovasiyalara və texnoloji inkişaflara əsaslanan yeni mərhələyə qədəm qoyur. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” bu istiqamətdə atılan mühüm addımlardan biridir. Strategiya çərçivəsində rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi genişləndiriləcək, iqtisadiyyatın yeni istiqamətləri formalaşdırılacaq. Bununla yanaşı, ölkəmiz kosmik dövlət statusunu da qazanmışdır. Azərbaycana məxsus “Azərspace” peykləri informasiya təhlükəsizliyini təmin etməklə yanaşı, regionda strateji üstünlük yaratmışdır.

Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb. Prezident İlham Əliyev dünya liderləri ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələri gücləndirərək Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirib. COP29 kimi mühüm tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin ekoloji və qlobal məsələlərdə söz sahibi olmasının bariz sübutudur.

Azərbaycanın gələcək inkişafının əsas dayaqlarından biri də rəqəmsal iqtisadiyyatdır. Prezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” bu istiqamətdə yol xəritəsi rolunu oynayacaq. Süni intellekt, bulud texnologiyaları, rəqəmsal xidmətlər və elektron idarəetmə sistemləri geniş şəkildə tətbiq ediləcək. Azərbaycan artıq kosmik dövlət kimi tanınır. “Azərspace-1”, “Azərspace-2” və “AzərSky” peykləri ölkənin informasiya təhlükəsizliyi və texnoloji inkişafında mühüm rol oynayır. Bu, həm də Azərbaycanın gələcəkdə yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçid etdiyinin göstəricisidir.

Prezident İlham Əliyevin sosiyal yönümlü siyasəti nəticəsində əhalinin rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, mənzil təminatı, şəhid ailələri və qazilərə göstərilən qayğı bu siyasətin əsas istiqamətləridir. Sosial dövlət modeli əhalinin hər təbəqəsini əhatə edən güclü sosial müdafiə sistemini təmin edir. İnsan kapitalının inkişafı, təhsildə keyfiyyətin artırılması və innovasiya mühitinin yaradılması əsas hədəflərdir. STEAM təhsili, rəqəmsal bacarıqlar, ali məktəblərin beynəlxalq rəqabətə hazırlaşdırılması və elmin inkişafı bu çərçivədə mühüm yer tutur.

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və oraya əhalinin geri qaytarılması prioritet məqsədlərdəndir. Bu ərazilərdə infrastrukturun, iqtisadiyyatın və sosial həyatın bərpası üçün “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir. Azərbaycan 2030-cu ilə qədər “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirməyi, ekoloji balansı qorumağı və alternativ enerji mənbələrinin payını artırmağı qarşısına məqsəd qoyub. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji zonası” elan olunub. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkənin gələcək inkişafının əsas sütunlarını müəyyən edir. Bu strateji istiqamətlər ölkəmizin regional liderliyini möhkəmləndirməklə yanaşı, vətəndaş rifahının yüksəldilməsinə, iqtisadi dayanıqlığa və ekoloji tarazlığa əsaslanır. Azərbaycan bu prioritetlərlə 2030-cu ilə qədər güclü dövlət, rifahlı cəmiyyət və innovativ iqtisadiyyat modelini qurmağa hədəflənir.

Aybəniz Şahmuradova,
249 saylı məktəbin müəllimi