İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "narkotik maddə əldə etmək" və "narkotik maddənin istifadəsinə şərait yaratmaq" ittihamları ilə ifadə verməyə çağırılan "Fənərbağça" klubunun prezidenti, iş adamı Sadettin Saran sərbəst buraxılıb.
"İki sahil" bu barədə "Haber Global"a istinadən xəbər verir. Saran İstanbul Baş Prokurorluğunda təxminən 2 saat ifadə verib. Qan və saç nümunəsi götürülməsi üçün Tibb İnstitutuna göndərilən iş adamı prosedurların ardından yenidən məhkəməyə gətirilib. O, xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Saran sərbəst buraxıldıqdan sonra "Eyüpspor" – "Fənərbağça" oyununun ikinci hissəsində stadiona daxil olaraq komandasını dəstəkləyib.