23 dekabr 2025 13:22
96

Çin Ukraynadan səhvini düzəltməyi tələb edib

Çinin Xarici İşlər Nazirliyi Vladimir Zelenskinin Çin vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək hədələrindən sonra Kiyevi səhv addımları düzəltməyə çağırıb.

“İki sahil” RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Tsyan bildirib. 

Pekin BMT Təhlükəsizlik Şurasını yan keçməklə qəbul edilən hər cür birtərəfli məhdudlaşdırıcı tədbirlərə prinsipial şəkildə qarşı çıxır.

Diplomatın sözlərinə görə, bu cür addımlar beynəlxalq hüquq normalarını pozur və dövlətlərarası dialoqa zərbə vurur. Çin tərəfi öz vətəndaşlarının və şirkətlərinin qanuni maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə etməyə hazırdır.

“Ukrayna tərəfini səhv addımları düzəltməyə qətiyyətlə çağırırıq”, — deyə Lin Tsyan müntəzəm brifinq zamanı bildirib.

Pekində vurğulanıb ki, qanunsuz sanksiyalar mexanizmi vasitəsilə təzyiq göstərmək cəhdləri diqqətsiz qalmayacaq.