23 dekabr 2025 22:35
91

Bu tətbiq yeniləndi...

"OpenAI" şirkəti "ChatGPT" tətbiqinə yeni fərdiləşdirmə imkanı əlavə edib.

“İki sahil” xəbər verir ki, artıq istifadəçilər süni intellektin cavab üslubunu öz zövqlərinə uyğun tənzimləyə bilirlər.

Tətbiqin fərdiləşdirmə bölməsində dörd əsas parametr mövcuddur: səmimilik dərəcəsi, həyəcan və entuziazm səviyyəsi, siyahı və altbaşlıqlara üstünlük, eləcə də emojilərdən istifadə. Hər bir parametr "daha çox", "daha az" və ya "standart" seçimləri ilə idarə olunur. Yenilik ChatGPT-nin cavablarını istifadəçiyə daha uyğun və rahat edir.