25 dekabr 2025 08:41
91

İŞİD lideri saxlanılıb

Suriya daxili təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirib və əməliyyat zamanı İŞİD terror təşkilatının Dəməşq üzrə lideri saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallatinin X sosial şəbəkəsində yayımlanan açıqlamasında bildirilib. Bəyanatda deyilir: “Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə bölgəsində İŞİD-in dayaq nöqtəsinin məhv edilməsi məqsədilə əməliyyat keçiriblər. Nəticədə Dəməşqdə fəaliyyət göstərən terrorçu dəstənin lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı həbs edilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə olunub.”

Əl-Dallatinin sözlərinə görə, əməliyyat yerli sakinlərin təhlükəsizlik qüvvələrini terrorçu dəstənin mövcudluğu barədə məlumatlandırmasından sonra həyata keçirilib.