Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Vladimir Zelenski Avropa İttifaqı qarşısında olan borcu qaytarmaq fikrində deyil və avropalılar Kiyevə verdikləri pulları geri ala bilməyəcəklər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bunu brifinq zamanı deyib.
“O özü açıq şəkildə dedi ki, Aİ-nin pullarını qaytarmayacaq”, — deyə Zaxarova bildirib.