29 dekabr 2025 14:58
82

ABŞ-da McLaren superkarının yarısı hərraca çıxarılıb

ABŞ-da işlənmiş avtomobillərin satışı ilə məşğul olan IAAI hərrac platforması qeyri-adi bir lot dərc edib. Hərraca ağır yol-nəqliyyat hadisəsində zərər görmüş McLaren 600LT superkarının yarısı çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Alıcılara superkarın ön hissəsi təklif olunur. Avtomobilin arxa hissəsi mərkəzi dirəklərə qədər yanğın nəticəsində tamamilə məhv olub. Karbon materialdan hazırlanmış oturacaqlar da yanğından zərər görsə də, əsasən salamat qalıb, ön panel də ciddi zədələnməyib. Avtomobilin ümumi vəziyyəti fonunda faralar, kapot, ön şüşə və qanadlardan ibarət ön hissə demək olar ki, toxunulmamış görünür.

Qəza ilə bağlı təfərrüatlar, eləcə də avtomobilin yürüş məsafəsi məlum deyil. Bu McLaren 600LT nümunəsi 2020-ci ildə istehsal olunub və hazırda Los-Ancelesdə yerləşir. Komplektə bütün dörd təkər və 3,8 litrlik, 600 at gücünə malik V8 mühərrikindən qalan hissələr daxildir.

Böyük ehtimalla, potensial alıcı superkarı bərpa etməklə məşğul olmayacaq, onu ehtiyat hissələri kimi satacaq. Hətta bəzi detallar qeyri-adi interyer əşyalarına çevrilə bilər.