30 dekabr 2025 11:22
84

Culfa yollar qardan təmizlənir

Dünən günün ikinci yarısından başlayaraq Culfa şəhəri və rayonun kəndlərinə yağan qarın insanların gündəlik həyatına mənfi təsir göstərməməsi üçün Culfa Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlərə başlanılıb.

“İki sahil” xəbər verir ki,  magistral və kəndlərarası yolların qardan təmizlənməsi məqsədi ilə gecə saatlarından etibarən “Naxçıvan Yol Tikinti İstismar” MMC-nin Culfa Sahəsi tərəfindən əraziyə xüsusi texnikalar cəlb olunub, nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması istiqamətində işlərə başlanılıb.

Eyni zamanda, şəhər ərazisində parklar, səkilər, piyada yolları qardan təmizlənir, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılır. Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində qış hava şəraitinin yaratdığı çətinliklər minimuma endirilir.

Qeyd edək ki, hava şəraitinin dəyişkənliyi nəzərə alınaraq Culfa Rayon İcra Hakimiyyəti tərəfindən təmizlik və təhlükəsizlik tədbirləri fasiləsiz davam etdiriləcək.