Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonuna növbəti səfəri çərçivəsində Qaynaq kəndində yerləşən məscidə baxış keçirib.
“İki sahil” xəbər verir ki, millət vəkili ilə yanaşı Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı, rayonun baş axundu və şəhid ailələrinin üzvləri də ziyarətdə iştirak edib.
Ziyarət zamanı millət vəkili məscidin mövcud vəziyyəti, dindarlar üçün yaradılan şərait və binanın ehtiyacları ilə yaxından maraqlanıb. Kənd sakinləri və dini icma üzvləri ilə görüşən Anar Məmmədov, milli-mənəvi dəyərlərimizin qorunması və dini ibadətgahlarımıza dövlət tərəfindən göstərilən diqqətin prioritet məsələlərdən olduğunu vurğulayıb.
Görüşdə kənd sakinləri mənəvi dəyərlərə göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
Baş nazir: İsveç Ukraynanı döyüş təyyarələri ilə təmin etməyə hazırdır, ancaq...