06 yanvar 2026 21:19
203

Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb

Çinin "Xinxua" agentliyinin ingilisdilli bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb.

“İki sahil” xəbər verir ki, "Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirib" adlı yazıda deyilir:

"Azərbaycan Prezidenti bazar ertəsi yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlığın qurulması Çinlə iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə gücləndirib, biznes və dövlət qurumlarının təmaslarını artırmaq üçün güclü təkan verib.

Prezident həmçinin vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda günəş və külək elektrik stansiyalarının tikintisində fəal iştirak edirlər. O əlavə edib ki, Çin avtomobil istehsalçılarının iştirakı ilə elektrik avtobuslarının yığıması layihəsi artıq başlayıb.

İlham Əliyev deyib: "Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik. Bu seçim, həmçinin artıq qeyd etdiyim razılaşmaların nəticəsi idi və təbii ki, layihənin icrasının peşəkarlığı, keyfiyyəti və sürəti bu seçimin düzgünlüyünü təsdiqləyib".