Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Karakasdakı iqamətgahlarında ələ keçirilən zaman yüngül xəsarətlər alıblar.
“İki sahil” xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Delta Qüvvələrinin hərbçiləri Maduronun evinə daxil olmaq üçün fləşbenq qumbaralarından istifadə ediblər. Nəticədə Venesuela lideri və həyat yoldaşı təhlükəsizlik otağının divarına və ya qapısına dəyərək xəsarət alıblar.
Bildirilib ki, Maduro və Flores Nyu-York ştatının şimalında yerləşən ABŞ Milli Qvardiyasının bazasına aparılan təyyarədə tibbi müayinədən keçiblər. Qeyd olunur ki, saxlanıldıqdan sonra yayımlanan ilk fotoda Maduro üzündə qançırlar görünüb.
Duman səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat endirilib