11 yanvar 2026 09:57
160

Bu şirkət birinci yeri tutub

"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə həm tədarük həcminə, həm də televizor bazarındakı gəlir payına görə birinci yeri tutub.

“İki sahil” xəbər verir ki, bu barədə "Omdia" araşdırma şirkətinin saytına istinadən xəbər verir.

Bildirilir ki, "Samsung Electronics"in bazar payı ötən ilin 28.6%-i ilə müqayisədə 29% təşkil edib.

Məlumata görə, "Samsung"un ardıcıl 20-ci il bazar lideri olmaq üçün bütün şansları var. "LG Electronics" televizor bazarında ikinci yeri qoruyub, lakin ümumi gəlir payı ötən ilin 16.5%-i ilə müqayisədə 15.2%-ə düşüb.

 

Üçüncü və dördüncü yerləri isə Çin şirkətləri TCL (13%) və "Hisense" (10.9%) tutub və televizor bazarındakı mövqelərini gücləndiriblər.