Ləğv prosesində olan Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Aşqar" elmi istehsalat birliyi kreditorlarına müraciət edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Xətai küçəsi, ev 49 ünvanına bildirə bilərlər.
"Aşqar" 2005-ci ildə yaradılıb. Baş nazir Əli Əsədovun 8 dekabr 2025-ci il tarixli qərarı ilə ləğv edilib.