14 yanvar 2026 12:02
122

Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam edir - FOTO

AZCON Holding şirkətlərindən olan ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.

ADY-dan "İki sahil"ə verilən məlumata görə, uzunluğu 194,1 km olan dəmir yolu boyunca 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.