14 yanvar 2026 15:20
80

Ukraynada hərbi vəziyyət 2026-cı ilin may ayınadək uzadıldı

Yanvarın 14-də Ukraynanın Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin 2026-cı ilin may ayınadək uzadılması barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, parlamentin iclası “Rada” televiziya kanalı vasitəsilə canlı yayımlanıb.

Qəbul edilən qərara əsasən, mövcud təhlükəsizlik şəraiti və davam edən müharibə fonunda fövqəladə rejim və səfərbərlik tədbirləri daha bir il qüvvədə qalacaq. Hakimiyyət bu addımı ölkənin müdafiə qabiliyyətinin qorunması və ordunun fasiləsiz təminatı zərurəti ilə izah edir.

Bununla yanaşı, Ali Rada ikinci cəhddə Mixail Fyodorovun Ukraynanın yeni müdafiə naziri təyin olunmasına da səs verib. Əvvəlki səsvermədə lazımi sayda səs toplanmadığı üçün qərar qəbul edilməmişdi. Yeni təyinat ölkənin hərbi-siyasi rəhbərliyində mühüm dəyişiklik kimi qiymətləndirilir.