Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Bu barədə "İki sahil"in Şimal bürosuna, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan məlumat verilib.
Məlumatda bildirilir ki, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi
"VAZ 2106" markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.
Aydın Adıgözəlov,
Qusar, "İki sahil"in Şimal bürosu
Əlilliyi olan şəxslərin mədəni tədbirlərdə iştirakı üçün əlçatanlıq təmin ediləcək