“Liverpul”un hücumçusu Məhəmməd Salah yayda Səudiyyə Ərəbistanı klublarına keçə bilər.
“İki sahil” xəbər verir ki, “Əl-Hilal” və “Əl-İttihad” 33 yaşlı futbolçu üçün “Liverpul”a 50 milyon funt-sterlinq təklif etməyə hazırdır. Klub Salahın razılığı olacağı halda transferi dəyərləndirəcək.
Qeyd edək ki, “Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.