18 yanvar 2026 20:20
91

ABL-nin 13-cü turu başa çatıb

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun son matçı NTD və "Abşeron Lions" arasında keçirilib.

Bakı İdman Sarayında baş tutan görüş "Abşeron Lions"un 100:93 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Naxçıvan" "Lənkəran"ı (106:75), "Ordu" "Sərhədçi"ni (98:82), "Neftçi" "Gəncə"ni (77:75), "Sumqayıt" "Quba"nı (94:90), "Sabah" isə "Şəki"ni 112:65 hesabı məğlub edib