19 yanvar 2026 09:16
113

"Barselona"nın qələbə seriyası bitti

İspaniyanın "Barselona" futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb.

“İki sahil” xəbər verir ki, bu, La Liqanın XX turunda Kataloniya təmsilçisinin "Real Sosyedad"a uduzması (1:2) ilə gerçəkləşib.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki 11 oyunda qalib gəlmişdi. Bu isə klub tarixində ikinci ən uzun qələbə seriyası idi.

"Barselona"nın rekordu 2005/2006 mövsümündə qeydə alınıb. Son ölkə çempionu həmin vaxt 18 görüşdə (13 La Liqa, 3 Çempionlar Liqası, 2 İspaniya Kuboku) qalib gəlib.