19 yanvar 2026 10:20
104

"Ayntraxt Frankfurt" "Qarabağ"la oyuna iki məşqçi ilə çıxacaq

UEFA Çempionlar Liqasında "Qarabağ"ın növbəti rəqibi "Ayntraxt Frankfurt" yeni baş məşqçi axtarışlarını davam etdirir.

“İki sahil” xəbər verir ki, Frankfurt təmsilçisini "Qarabağ"la keçiriləcək oyuna müvəqqəti olaraq başqa mütəxəssislər hazırlayacaqlar.

Belə ki, hazırda klubun U-19 komandasına rəhbərlik edən 43 yaşlı Aleksander Meyer və U-21 komandasının baş məşqçisi Dennis Şmidt "Qarabağ"la qarşılaşmada əsas komandanı idarə edəcəklər.

Xatırladaq ki, dünən "Ayntraxt Frankfurt" futbol klubu baş məşqçisi Dino Toppmöllerlə əməkdaşlığa xitam verib.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.