19 yanvar 2026 11:20
112

"Barselona"nın tarixə düşən seriyası qırıldı

İspaniya La Liqasının 20-ci turunda "Barselona" səfərdə "Real Sosyedad"a 1:2 hesabı ilə məğlub olub və qələbə seriyasını davam etdirə bilməyib.

“İki sahil” xəbər verir ki, kataloniyalılar ardıcıl bütün turnirlərdə 11 matçda qalib gəlmişdi. Bu, "Barselona" tarixində ikinci ən uzunmüddətli qələbə seriyası olub.

Klubun rekord göstəricisi isə 2005/2006 mövsümünə təsadüf edir. Həmin vaxt 22 oktyabrdan 22 yanvara qədər olan dövrdə "Barselona" ardıcıl 18 oyunda qalib gəlib.

Xatırladaq ki, 29 noyabr 2025-ci ildən etibarən "Barselona" İspaniya Kuboku və Superkubokda iki oyunda qalib gəlib, Çempionlar Liqasında bir görüşdə qələbə qazanıb və La Liqada altı dəfə sevinib.