19 yanvar 2026 11:43
107

Azərbaycan futzal millisinin baş məşqçisi: Yığmaya yeni oyunçular cəlb etmişəm

Milli komandaya yeni oyunçular cəlb etmişəm.

“İki sahil” xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında deyib. O, yığmada perspektivli oyunçuların olduğunu bildirib: "Hazırlığa ötən gündən start vermişik. Geniş heyətlə toplanış keçirik. Hər şey qaydasındadır. Yeni oyunçuların üzərində işləyib, onları beynəlxalq yarışlara hazırlaşdırmaq istəyirik. Məqsədimiz yaxşı komanda qurmaqdır".

Hazırlıq prosesində 4-ü qapıçı olmaqla, ümumilikdə 19 futzalçı iştirak edir.

Yığma toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.