Yanvarın 21-də "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş saatı uzadılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında xüsusi nəzarət təmin ediləcək.