20 yanvar 2026 12:31
130

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, YAP nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Partiya nümayəndələri tərəfindən “Türk şəhidliyi” abidəsi də ziyarət olunub, abidənin önünə gül dəstələri qoyularaq Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın xatirəsi ehtiramla anılıb.