Respublikanın hər yerində olduğu kimi, Laçın rayonunda da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
“İki sahil” xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, bu gün saat 12:00-da sükut zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib, dövlət bayraqları yarıyadək endirilib.
Azərbaycan xalqının başına gətirilən bu faciə hər kəs tərəfindən dərin ehtiramla yad edilib. Anım mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Laçında fəaliyyət göstərən qurumların nümayəndələri və sakinlər iştirak ediblər.