21 yanvar 2026 10:25
95

Fransa Qrenlandiyada NATO təlimlərinin keçirilməsini təklif edib

Fransa Qrenlandiyada NATO qüvvələrinin təlimlərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu manevrlərdə iştirak etməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa prezidenti Emmanuel Makronun administrasiyasına istinadla məlumat yayıb.

Yelisey sarayında qeyd edilib ki, Fransa Silahlı Qüvvələri mümkün təlimlərdə iştirak etməyə tam hazırdır.

Eyni zamanda, Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) artıq Qrenlandiyaya aviasiya qüvvələrinin yerləşdiriləcəyini elan edib.

ABŞ prezidenti Donald Tramp isə Vaşinqtonun Danimarka ilə Qrenlandiyanın statusu barədə danışıqlara hazır olduğunu bildirib və xatırladıb ki, Birləşmiş Ştatlar adanı almaq üçün artıq 150 ildən çoxdur cəhdlər göstərir.