14 iyul 2026 14:55
73

Bolqarıstan həmin koalisiyada iştirak etməkdən imtina edib

Bolqarıstan Fransanın "istəklilər koalisiyası"na qoşulmaq barədə dəvətini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə BNT məlumat yayıb.

Qeyd edək ki, sözügedən koalisiyaya daxil olan 9 ölkənin iştirakı ilə dünən Parisdə mühüm xidməti görüş keçirilib.

Bolqarıstanın Baş naziri Rumen  Radev rəsmi Parisdəki bu görüşə şəxsən Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəvət edildiyini bildirib. "Bolqarıstanın orada yeri yoxdur. Çünki biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsini təkid edən koalisiyada iştirak etmirik", - deyə Baş nazir vurğulayıb

O, həmçinin əlavə edib ki, Bolqarıstan Ukraynaya bu növ yardımlar göstərmir.

Rumen Radevin sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsinin həlli "onun hərbi vasitələrlə uzadılmasında deyil, eskalasiyanın dayandırılmasına yönəlmiş güclü diplomatik missiyadadır". Baş nazir onu da qeyd edib ki, Avropanın kollektiv təhlükəsizliyinə aid olan fundamental qərarlar tam fərqli formatlarda qəbul edilir.