21 yanvar 2026 10:48
102

Netanyahu Trampın Qəzza üzrə Sülh Şurasına daxil olmaq təklifini qəbul edib

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza sektorunun idarə olunması üçün yaradılan Sülh Şurasına daxil olmaq təklifini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail baş nazirinin dəftərxanası sosial şəbəkə X-də yaydığı bəyanatda məlumat verib.

“Baş nazir Benyamin Netanyahu Sülh Şurasının tərkibinə daxil olacağını elan edib”, — deyə açıqlamada bildirilir.

Yanvarın 16-da Donald Tramp Qəzza sektorunun idarə olunması məqsədilə Sülh Şurasının yaradıldığını açıqlamışdı.

"Axios" portalının yazdığına görə isə, Sülh Şurasının fəaliyyəti yalnız Qəzza sektoru ilə məhdudlaşmayacaq və yeni qurumun səlahiyyətləri qlobal miqyasda olacaq.