Almaniyada dünyanın ən qədim pivə zavodu hesab edilən "Weltenburger" zavodu pivə satışlarının azalması səbəbindən satılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.
Pivə zavodu Veltеnburq abbatlığında yerləşir. Burada min ildən artıqdır ki, pivə hazırlanır. Müəssisə katolik kilsəsinə məxsusdur, lakin istehsal Bavariyanın əsas pivə istehsalçılarından biri olan "Bischofhof" şirkətinin əməkdaşlarına həvalə edilib.
Pivə zavodunu Münhendən olan "Schneider Weisse" pivə şirkəti almağı planlaşdırır. "Bischofhof" da onun mülkiyyətinə keçəcək. Sövdələşmənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur, satış məbləği açıqlanmır.