21 yanvar 2026 11:25
97

"Lamborghini" ötən il rekord sayda avtomobil satıb

"Lamborghini" şirkəti 2025-ci ildə rekord sayda avtomobil satıb.

“İki sahil” xəbər verir ki,  ötən il müştərilərə 10 700 ədəd superkar təhvil verilib. Bu göstərici 2024-cü illə müqayisədə 60 avtomobil çoxdur.

"Lamborghini" avtomobillərinin satışında lider region Avropa, Yaxın Şərq və Afrika olub.

Bu regionlarda 4 560 ədəd avtomobil satılıb, illik artım 8 faiz təşkil edib.