21 yanvar 2026 11:33
96

Fransa Qrenlandiyada NATO təlimləri keçirməyi təklif edib

Fransa NATO təlimlərinin Qrenlandiyada keçirilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, "Reuters" bu barədə Yelisey Sarayına istinadən məlumat yayıb.

Məlumata görə, Fransa ordusu manevrlərdə iştirak etməyə hazırdır.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib. Əvvəlcə o, adanı satın almağı təklif edib və 2025-ci ilin martında onun ilhaq edilə biləcəyini deyib. D.Tramp, həmçinin güc tətbiqi ehtimalını da istisna etməyib. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya və Polşa liderləri birgə bəyanatda Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəyliklərini ifadə ediblər.